Bakıda yaşayış binasında yanğın - yaralı var

Bakıda yaşayış binasında yanğın - yaralı var
SOSİAL
00:52 09.01.2026
401
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.

AZXEBER.COM xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR