Bortnikov: FSB "Telegram"ın qurucusu Durovla danışıqlar aparmır

Bortnikov: FSB "Telegram"ın qurucusu Durovla danışıqlar aparmır
DÜNYA
19:42 19.02.2026
322
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) "Telegram”ın qurucusu Pavel Durovla danışıqlar aparmır.

Bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, FSB əvvəllər Durovla danışıqlar aparıb, amma bu, yaxşı heç nəyə gətirib çıxarmayıb.

Qeyd edək ki, "Roskomnadzor” Rusiyada "Telegram”ı bloklamağa başladığını açıqlayıb. Qurum buna sosial şəbəkənin Rusiya qanunvericiliyinə əməl etmədiyini əsas gətirib. Rusiyada "Telegram”dakı şəxsi yazışmalara xarici xüsusi xidmət orqanlarının əlçatan olduğu barədə iddialar yayılıb.
 
\apa
OXŞAR XƏBƏRLƏR