Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı
DÜNYA
15:36 03.03.2026
294
İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 1 ölü və 8 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumları zamanı 615 nəfər həlak olub, 1651 nəfər yaralanıb və dağıntılar altından 726 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.073-ə çatıb, 171.749 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR