Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq
SOSİAL
22:46 10.03.2026
111
Sabah Culfa rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xəttlərinin istismara verilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR