Ankaranın Haymana rayonunda zəlzələ baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar saat 09:59-da qeydə alınıb. Zəlzələnin maqnitudası 3,9 bal olub.
Bildirilib ki, zəlzələnin episentri Haymana rayonu olub və yeraltı təkanlar 8,13 kilometr dərinlikdə baş verib.
Hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Gülay










































