Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
DÜNYA
15:05 19.03.2026
231
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Estoniya XİN rəhbəri Marqus Tsahkna "X” hesabında məlumat verib.

Buna səbəb kimi Rusiyanın "Su-30” qırıcısı təyyarəsinin Estoniyanın hava məkanını pozması göstərilib.

Tsahkna bildirib ki, NATO Hava Polisi Missiyası cəld hərəkətə keçib və İtaliya Hərbi Hava Qüvvələrinin təyyarələri əraziyə göndərilib, Estoniyanın təhlükəsizliyi üçün isə heç bir təhdid qeydə alınmayıb.
 
APA
OXŞAR XƏBƏRLƏR