Nəsimi rayonunda oğurluq edənlər saxlanıldı

Nəsimi rayonunda oğurluq edənlər saxlanıldı
KRİMİNAL
12:29 23.04.2026
294
Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək 3700 manat dəyərində olan mobil telefonunun naməlum şəraitdə oğurlanmasını bildirib.
 
AZXEBER.COM xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə  məhkum olunmuş 40 yaşlı Ş.Əbilova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun başqa bir şəxsdən də mobil telefon oğurlaması məlum olub.

Rayon ərazisində şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə mağazalardan oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı İ.Dərviş və 63 yaşlı Ə.Abdullayev də müəyyən edilərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR