Samuxda qadın qadını bıçaqlayıb

Samuxda qadın qadını bıçaqlayıb
KRİMİNAL
00:12 30.11.2026
39
Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü A. Qurbanova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, A. Qurbanovaya tanışı 1998-ci il təvəllüdlü P. Tağıyeva bıçaqla xəsarət yetirib.

Məlumata görə, hadisə qadınlar arasında qısqanclıq zəminində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR