Çilidə güclü zəlzələ baş verib

Çilidə güclü zəlzələ baş verib
DÜNYA
10:18 10.05.2026
206
Çilinin mərkəzi bölgəsində 5.8 maqnitudalı yeraltı təkanlar baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayımlayıb.

Yeraltı təkanların episentri təxminən 22 000 nəfər əhalisi olan Lebu şəhərindən 34 km cənub-qərb istiqamətində yerləşib. Zəlzələ ocağı 23 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb.
 
Oxu.Az 
OXŞAR XƏBƏRLƏR