Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb
HADİSƏ
11:16 07.06.2026
124
Sumqayıtda bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 
report
OXŞAR XƏBƏRLƏR