Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
20:06 18.05.2026
359
Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR