ABŞ Prezidenti Donald Tramp amerikalıları Avropa ölkələrindəki vəziyyətə diqqət yetirməyə çağıran şəkil paylaşıb.
AZXEBER.COM xəbər verir ki, Amerika lideri müvafiq paylaşımı "Truth Social" sosial şəbəkəsində yerləşdirib.
Şəkildə əlində yanan məşəl olan şəxs Amerika bayrağı olan qapıya doğru irəliləyir. Qapılarında Norveç, İngiltərə, İsveç və Fransanın adları yazılmış qonşu otaqlar alova bürünüb və ya yanğın izləri ilə təsvir olunub.
Şəxsin ayaqları altında "İslam" yazılmış xalça var, şəklin yuxarı hissəsində isə çağırış yerləşdirilib: "Oyan, Amerika!"











































