Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. AZXEBER.COM xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 08:55-də baş verib. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.