Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq
SOSİAL
13:21 15.06.2026
593
Azərbaycanda 25 iyun tarixində qısaldılmış iş günü olacaq.

AZXEBER.COM xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır.

Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.

Eyni zamanda, 26 iyun cümə gününə təsadüf etdiyinə görə, gələn həftə beşgünlük iş həftəsində çalışanlar üçün üç gün ardıcıl iş olmayacaq.
OXŞAR XƏBƏRLƏR