Bakıda oğurluq edən şəxslər saxlanıldı

Bakıda oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
17:39 17.06.2026
190
Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən 1150 manat pul vəsaiti talanıb. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı N.Mövlayev müəyyən olunaraq saxlanılıb. 

Digər əməliyyat zamanı isə Nəsimi rayonu ərazisində sakinlərdən birinin bankomatda unutduğu pulu oğurlamaqda şübhəli bilinən 36 yaşlı A.Rəsulov da saxlanılıb.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR