Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq
SOSİAL
20:54 17.06.2026
140
Sabah Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lənkəranın Sınovli və Osaküçə kəndlərinin tam olaraq, Vilvan kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR