Miri Yusifin konsertinə böyük maraq: Biletlər artıq…

Miri Yusifin konsertinə böyük maraq: Biletlər artıq…
MAQAZİN
12:46 22.06.2026
299
Xalq artisti Miri Yusif yenidən Yaşıl Teatr səhnəsində pərəstişkarları ilə görüşə hazırlaşır. 

AZXEBER.COM xəbər verir ki, sənətçinin növbəti solo konsertləri iyulun 3, 4 və 5-də baş tutacaq.

Böyük maraqla qarşılanan üç günlük konsert proqramının biletləri artıq  tükənmək üzrədir. Bu da Miri Yusifə olan tamaşaçı sevgisinin və marağının növbəti göstəricisi kimi dəyərləndirilir.

Konsertdə Xalq artisti illərdir dinləyicilərin sevimlisinə çevrilən hitlərini, eləcə də repertuarında yer alan ən məşhur mahnılarını səsləndirəcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR