Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu
DÜNYA
18:46 27.06.2026
274
Əfqanıstanın Hinduquş bölgəsində 6 bal gücündə zəlzələ olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla, qonşu Pakistan ərazilərində də hiss olunub.
Zəlzələ 100 kilometr dərinlikdə qeydə alınıb. Eyni gün Pakistan ərazisində 5,4 bal gücündə ayrıca yeraltı təkanların da baş verdiyi bildirilib.

Pakistanın şimalındakı Xayber-Paxtunxva əyalətinin Svat bölgəsində sakinlər panikaya düşərək evlərini tərk ediblər. Hadisə şahidlərinin sözlərinə görə, güclü və uzunmüddətli silkələnmə əhali arasında qorxu yaradıb, qadın və uşaqların küçələrə çıxdığı müşahidə olunub.

İlkin məlumatlara görə, tələfat və ciddi dağıntı barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR