AZXEBER.COM xəbər verir ki, bu barədə Musavat.com-a tanınmış jurnalist-astroloq Tünzalə Rafiqqızı deyib.
O bildirib ki, bu, sadəcə planet keçidi deyil:
"Bu, özünə dönüş, ürəyinin səsini dinləmək, cəsarətlə yaşamaq və daxilindəki işığı yenidən kəşf etmək zamanıdır. Yupiter keçdiyi bürcün mövzularını böyüdür. Şir bürcü isə ürəyi, sevgini, yaradıcılığı, uşaqları, səhnəni, liderliyi, özünəinamı və insanın həqiqi kimliyini təmsil edir. Önümüzdəki bir il ərzində hər birimizin həyatına böyük fürsətlər gələcək.
Amma unutmayaq…
Hər böyümə eyni zamanda bir sınaqdır.
Kimisi bu dövrdə böyük uğurlar qazanacaq…
Kimisi həyatının sevgisini tapacaq…
Kimisi həyatının ən böyük fürsətini əldə edəcək…
Kimisi isə öz eqosu, qorxuları və keçmişdən gətirdiyi karması ilə üz-üzə qalacaq.
Çünki Yupiter sadəcə şans gətirmir… O, insanı böyüdür. Böyüyən hər şey isə görünən olur.
Yaxşılıq da…
Eqo da…
Sevgi də…
Qorxu da…
Bir kağızı yandırsan nə qalar? Kül…
Amma o kül bir zamanlar ağac idi. Deməli, bəzən son kimi görünən şey əslində başlanğıcdır. Feniks quşu kimi…
Yenidən doğulmaq üçün əvvəlcə köhnə "mən” yanmalıdır. Məhz Yupiterin Şir bürcünə keçidi bizə bunu öyrədəcək. Kimisi küllərindən yenidən doğulacaq…
Kimisi böyük sınaqlardan keçəcək… Kimisi isə eyni səhvləri təkrar edərək olduğu yerdə qalacaq.
Şans qapını döyəcək. Amma o qapını necə açacağını doğum xəritən, bugünkü seçimlərin və indiyə qədər yaratdığın karma müəyyən edəcək".
Yüksələn bürclərə görə Yupiter Şir bürcündə
Yüksələn Qoç – 5-ci ev
Sevgi, yaradıcılıq və həyat eşqi yenidən alovlanır. Uşaqlarla bağlı sevindirici xəbərlər, yeni eşq və ya hobbilər həyatına daxil ola bilər. Ürəyinin səsini dinlə, çünki şans cəsarətli olanları seçəcək.
Yüksələn Buğa – 4-cü ev
Ailə, ev və köklərlə bağlı yeni mərhələ başlayır. Ev almaq, köçmək və ya ailə münasibətlərini gücləndirmək üçün əlverişli zamandır. Keçmişi bağışlaya bilsən, gələcəyin daha möhkəm qurulacaq.
Yüksələn Əkizlər – 3-cü ev
Təhsil, ünsiyyət, sosial media və ticarət sahəsində böyük imkanlar açılır. Yazmaq, danışmaq və öyrətmək sənə uğur gətirə bilər. Sözlərinin gücünü unutma.
Yüksələn Xərçəng – 2-ci ev
Maddi imkanlar arta bilər. Yeni qazanc qapıları açıla bilər, amma israfçılıqdan uzaq durmaq vacibdir. Əsl bolluq əvvəlcə öz dəyərini bilməklə başlayır.
Yüksələn Şir – 1-ci ev
Yüksələn Qız – 12-ci ev
Bu il ruhunun dərinliklərində böyük dəyişikliklər baş verəcək. Karma təmizlənməsi, şəfa və daxili güc ön plana çıxacaq. Buraxmalı olduqlarını buraxdıqca həyat sənə yeni qapılar açacaq.
Yüksələn Tərəzi – 11-ci ev
Yeni dostluqlar, layihələr və böyük arzular gündəmə gəlir. Doğru insanlarla tanış olmaq həyatının istiqamətini dəyişə bilər. Ətrafını düzgün seç.
Yüksələn Əqrəb – 10-cu ev
Karyera və cəmiyyətdəki mövqeyin güclənir. Uzun illərin zəhməti bəhrəsini verə bilər. Güc əldə etdikdə onu vicdanla istifadə et.
Yüksələn Oxatan – 9-cu ev
Xarici ölkələr, ali təhsil, hüquq və yeni dünyagörüşü ön plana çıxır. Həyatını dəyişəcək müəllimlər və təcrübələr qarşına çıxa bilər. Öyrənməkdən vaz keçmə.
Yüksələn Oğlaq – 8-ci ev
Dərin transformasiya başlayır. Ortaq pullar, miras və maliyyə mövzuları aktivləşə bilər. Qorxularını geridə qoyduqda əsl gücünü tapacaqsan.
Yüksələn Dolça – 7-ci ev
Münasibətlər və ortaqlıqlar taleyüklü mərhələyə daxil olur. Doğru insanlarla qurulan bağlar uzunömürlü olacaq. Sevgi və etibar sınaqdan keçəcək.
Yüksələn Balıqlar – 6-cı ev











































