Uçan avtomobil sınaqdan keçirildi

Uçan avtomobil sınaqdan keçirildi
MARAQLI
09:18 23.11.2026
55
Çinin Hunan əyalətinin mərkəzi Çanşa şəhərində qanadları olmayan uçan avtomobilin prototipi ilk uçuşunu həyata keçirib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, avtomobilin havaya qalxmasını qanadlar deyil, kuzova quraşdırılmış ventilyatorlar təmin edir.

"Qanadları olmayan bu uçan avtomobil əyləncəli görünə bilər, lakin onun yaradılmasının arxasında ciddi texnologiyalar dayanır", - nəşrdə qeyd olunub.

Agentliyin məlumatına görə, sınaqlar artıq keçirilib. Aparat havada saatda 150 km, yolda isə maksimum 80 km sürət yığa bilir. Onun hərəkət ehtiyatı 300 kilometrə çatır.
OXŞAR XƏBƏRLƏR