​"WhatsApp"da mesajlarla bağlı yenilik

​"WhatsApp"da mesajlarla bağlı yenilik
SOSİAL
23:48 01.07.2026
493
"WhatsApp" istifadəçiləri onlayn dələduzluqdan qorumaq üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə başlayıb.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, yenilik çərçivəsində tətbiq istifadəçiyə naməlum şəxsdən gələn mesajlarda əlavə məlumat göstərəcək. Belə ki, mesaj göndərənin ölkəsi və istifadəçi ilə ortaq qruplar barədə məlumat ekranda görünəcək. Bu isə saxta hesabları daha asan müəyyən etməyə kömək edəcək.

Bundan əlavə, sistem şübhəli keçidlər və dələduzluq əlamətləri aşkarladıqda istifadəçini xəbərdar edəcək. Şirkət bildirib ki, məqsəd istifadəçilərin fırıldaqçılarla ünsiyyətə başlamazdan əvvəl riskləri görməsini təmin etməkdir.
OXŞAR XƏBƏRLƏR