Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
SOSİAL
10:50 10.07.2026
578
İyulun 10-da Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim Şirvani, Ağamalıoğlu, Nadir Hüseynov küçələri, Yeni sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq” ASC-dən AZXEBER.COM-a bildirilib ki, həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Şaiq, Əli bəy Hüseyzadə, Balababa Məcidov, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə küçələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin Nizami RETSİ ərazisindəki TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Cəmşid Naxçivanski və Bəhruz Nuriyev küçələri gərginliksiz qalacaq. Suraxanı RETSİ-nə daxil olan Əmircan qəsəbəsində isə TM-də təmir işləri icra olunarkən Elxan Həsənov, Şəfəq ve Neftçi küçələrində enerjinin verilişində fasilə olacaq.

Paytaxtla yanaşı, Abşeron rayon ərazisində də iyulun 10-da fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə Komplekt Transformator Məntəqəsini (KTM) qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.

İyulun 10-da Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Aruz” yarımstansiyasından çıxan 35 kV-luq "Yardımlı-3” hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.

Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu