Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi
SİYASƏT
09:03 15.07.2026
255
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərin çatdırıldığı bildirilib.

"Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk”, – paylaşımda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi paylaşımını "15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!” sözləri ilə tamamlayıb.
OXŞAR XƏBƏRLƏR