“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub

“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
SOSİAL
18:54 18.07.2026
1219
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Cənub bölgəsində "Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub.

Layihə çərçivəsində Biləsuvar Gənclər Evində, Cəlilabad Tibb Kollecində, Masallı Regional Kollecində, Lənkəran Tibb Kollecində və Astara Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 200-ə yaxın iştirakçının qatıldığı maarifləndirici görüşlər keçirilib.

Cənub bölgəsinin beş rayonunu əhatə edən tədbirlərdə gənclər, səhiyyə və təhsil işçiləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də digər maraqlı şəxslər iştirak ediblər. Görüşlərdə qohum evliliklərinin genetik riskləri, gələcək nəsillərin sağlamlığına təsiri, irsi xəstəliklərin yaranma ehtimalı və bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti barədə geniş təqdimatlar keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edən mütəxəssislər qeyd ediblər ki, qohum evlilikləri nəticəsində bəzi genetik və irsi xəstəliklərin yaranma riski artır. Bu səbəbdən cəmiyyətin mövzu ilə bağlı düzgün və elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Tədbirlər interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Hər görüşün sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış brendbuka uyğun sertifikatlar təqdim olunub.

Layihənin əsas məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, sağlam ailə institutunun formalaşmasına töhfə vermək və genetik risklərlə bağlı maarifləndirmə işini gücləndirməkdir.

"Qan Donorları Assosiasiyası” İctimai Birliyi sağlam cəmiyyətin formalaşdırılması, ictimai maarifləndirmənin gücləndirilməsi və sosial məsuliyyətin təşviqi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı