Hörmüz boğazından keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
DÜNYA
18:51 27.10.2026
151
Daha bir neft tankeri Hörmüz boğazından keçərkən minaya düşüb.

İran ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində bir neft tankerinin dəniz minası ilə toqquşması nəticəsində zədələndiyini və yanğın baş verdiyini açıqlayıb.

Məlumata görə, bir neçə saat əvvəl izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş və təhlükəli ərazidən keçməyə çalışan qayda pozuntusuna yol vermiş tanker dəniz minalarına toxunaraq zədələnib.

Bildirilib ki, Hörmüz boğazı qaydaları pozan və əvvəlcədən razılaşdırmadan keçməyə çalışan gəmilər üçün təhlükəlidir və bağlıdır.

Təhlükəsiz keçid üçün İran silahlı qüvvələri ilə zəruri koordinasiya aparılmalı olduğu vurğulanıb.
OXŞAR XƏBƏRLƏR