Qoç
İş və ev həyatınızda tarazlıq yaranır. Merkuri və Venera arasındakı müsbət əlaqə ailə daxilindəki münasibətləri düzəltməyə və iş yoldaşları ilə dil tapmağa böyük kömək edəcək. Güzəştə getmək hər zamankından daha asan olacaq. Qarşı tərəfin mövqeyini anlamaq sizə yeni baxış bucağı qazandıracaq. Gün ərzində vacib razılaşmalar əldə edə bilərsiniz. Oxatan bürcündəki Ay isə öyrənmək, tədqiqat aparmaq və yeni ideyalar axtarışında olmaq həvəsinizi artıracaq.
Buğa
Cəlbediciliyiniz və səmimiyyətiniz diqqətdən yayınmır. Himayədar planetiniz Veneranın Merkuri ilə yaratdığı uyğunluq əlaqələrinizi hamarlaşdırır. İdeyalarınızı və hissələrinizi qarşı tərəfə çatdırmaq çox rahat olacaq. Yaradıcı işlər, danışıqlar, yazışmalar və uşaqlarla ünsiyyət üçün ideal zamandır. Çətin məsələlərin həllinə daha rahat və sakit yanaşaraq müsbət nəticələr əldə edə biləcəksiniz.
Əkizlər
Yaxınlarınızla Zehni baxımdan eyni dalğada olacaqsınız. Ailə, ev və ya maliyyə məsələləri ilə bağlı şad xəbərlər ala bilərsiniz. Ev üçün vacib bir alış-veriş etmək və ya büdcədə rahatlıq hiss etmək mümkündür. Ayın qarşı bürcünüzdə olması və digər planetlərlə müsbət əlaqəsi komanda şəklində işləməyi, yeni tərəfdaşlıqları və maraqlı müzakirələri dəstəkləyir. Ətrafınızdakı insanlara açılmaq sizə yeni imkanlar qazandıracaq.
Xərçəng
Əhvalınızı qaldıracaq və dünyagörüşünüzü genişləndirəcək xəbərlər ala bilərsiniz. Sizin bürcünüzdə hərəkət edən Merkuri Veneradan aldığı dəstəklə ünsiyyət bacarıqlarınızı maksimuma çatdırır. Əməkdaşlıq etmək, təqdimatlar keçirmək, dərs oxumaq və ya kiməsə yol göstərmək üçün çox uğurlu gündür. Müxtəlif layihələr sizdə həyəcan və motivasiya yaradacaq. İnsanların sizə olan diqqətini və sevgisini aydın şəkildə hiss edəcəksiniz.
Şir
Məsələlərə daha obyektiv yanaşmaq imkanı əldə edirsiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün maraqlı ideyalar ağlınıza gələ bilər. Merkurinin retroqradı bitəndən sonra fikirlərinizi netləşdirmək və problemlərə rahat həll yolları tapmaq sizə böyük rahatlıq verəcək. Gəlirinizi artırmaq və ya iş şəraitinizi yaxşılaşdırmaq üçün əlverişli imkanlar var. Hisslərinizi məntiqli şəkildə təhlil edə biləcəksiniz.
Qız
Venera sizin bürcünüzdə olduğu üçün təbii bir cazibəyə sahibsiniz. Merkuri ilə daxil olduğu müsbət əlaqə şəxsi düşüncələrinizi, xatirələrinizi və hisslərinizi paylaşmaq üçün gözəl şərait yaradır. Hansı ideyaların gələcəkdə uğur gətirəcəyini dəqiq hiss edəcəksiniz. Dostlarınızdan və ya sosial çevrənizdən faydalı məlumatlar ala bilərsiniz. Şəxsi münasibətlərdə qeyri-müəyyənliklər aradan qalxacaq və gələcəklə bağlı söhbətlər zövq verəcək.
Tərəzi
İntuisiyanızın və daxili hissiyatınızın çox güclü olduğu bir gündür. Karera və nüfuz məsələlərində başqalarından gizli və ya aşkar dəstək ala bilərsiniz. İnsanların nə istədiyini öncədən hiss etmək bacarığınız münasibətlərinizə müsbət təsir edəcək. Keçmişdə yarımçıq qalmış bir məsələni və ya anlaşılmazlığı tamamilə həll etmək imkanı yaranır. Romantik maraqlar və sakit, səmimi söhbətlər günün əsas mövzusudur.
Əqrəb
İdeyaları paylaşmaq və əyləncəli ünsiyyət qurmaq üçün əla gündür. Pozitiv münasibətlər, səmimi söhbətlər sayəsində incikliklərə son qoya bilərsiniz. Dostluq əlaqələrinizi möhkəmləndirmək və yeni insanlarla tanış olmaq çox asan olacaq. İnsanlar sizə qarşı böyük maraq və rəğbət göstərirlər. Səmimi və rahat davranışlarınız ətrafınızdakıları sizə tərəf çəkir.
Oxatan
Ay bütün günü sizin bürcünüzdədir, bu da sizə yüksək motivasiya və ilham verir. Özünüzə olan inamınız artır və yeni addımlar atmaqdan çəkinmirsiniz. Dostlarınız sizə mane olmadan dəstək olacaqlar, bu da sizə tam sərbəstlik verəcək. İş və uzunmüddətli hədəflərlə bağlı faydalı görüşlər keçirə bilərsiniz. Rəhbərliklə və ya səlahiyyətli şəxslərlə ortaq məxrəcə gəlmək mümkündür. Şəxsi problemlərinizi sakit və
məntiqli şəkildə müzakirə edib həll tapacaqsınız.
Oğlaq
Münasibətlər və tərəfdaşlıq sahəsində çox istiqanlı və məhsuldar gündür. Birlikdə oxumaq, fikir mübadiləsi aparmaq və ya gələcək planları müzakirə etmək münasibətlərinizə istilik gətirəcək. Məsləhət almaq və ya lazımi informasiyanı toplamaq üçün münasib zamandır. Romantik və ya iş tərəfdaşınızla keçirəcəyiniz vaxt sizə xoş təəssüratlar bəxş edəcək. Yaxşı ünsiyyət bacarığınız digər işlərinizə də müsbət təsir edəcək.
Dolça
Ətrafınızdakı insanlara dəstək olmaq və ya onlardan kömək almaq üçün yaxşı imkanlar yaranır. Ürəyinizi sıxan sirri paylaşaraq daxili rahatlıq tapa bilərsiniz. Gündəlik işləriniz və ya sağlamlığınızla bağlı məsələlərdə intuisiyanız doğru istiqamət göstərəcək. Sirli, gizli qalmış məsələləri araşdırmaq və köhnə bir problemi kökündən həll etmək şansınız var. Hisslərinizi daha çox diqqət və qayğı göstərərək ifadə edəcəksiniz.
Balıqlar
Hisslərinizi və münasibətlərinizi təhlil etmək sizə aydınlıq gətirəcək. Dostluq və ya sevgiyə dayanan əlaqələrinizi daha da dərinləşdirə bilərsiniz. Yaranan müsbət planetar təsirlər yeni insanlarla tanış olmağı, inciklikləri unutmağı və razılığa gəlməyi asanlaşdırır. Sevgi, uşaqlar, yaradıcılıq və ya hobbillərlə bağlı söhbətlər sizə böyük zövq verəcək. Gün boyunca romantik addımlar atmaq və xoş sözlər eşitmək ehtimalı yüksəkdir.
/Demokrat.az











































