Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə

Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
SOSİAL
16:16 25.07.2026
374
Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

ADY-dən AZXEBER.COM-a verilən məlumata hörə, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
OXŞAR XƏBƏRLƏR