Küləkli hava nə vaxta qədər davam edəcək?

Küləkli hava nə vaxta qədər davam edəcək?
SOSİAL
16:06 27.07.2026
371
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

AZXEBER.COM xəbər verir ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Qurumun məlumatına görə, küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
OXŞAR XƏBƏRLƏR