Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
SOSİAL
22:22 30.07.2026
252
İyulun 31-də Bakının bəzi ərazilərində yerləşən Transformator Məntəqələrində (TM), eləcə də İsmayıllıda bir sıra kəndləri qidalandıran hava xəttində təmir-təftiş işləri aparılacaq.

"Azərişıq" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Nərimanov RETSİ ərazisində Məmməd Araz, Ağasadıq Gəraybəyli, Əbdülvahab Salamzadə, Mirzəbala Məmmədzadə, Əlicabbar Orucəliyev və Tarzən Hacı Məmmədov küçələrinin bir hissəsində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə olacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Suraxanı rayonu Əmircan qəsəbəsində İlqar Məmmədov və Səttar Bəhlulzadə küçələrini əhatə edəcək.

İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "İsmayıllı" hava xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 05:00-dan 09:00-dək Qubaxəlilli, Gəraybəyli, Eyubbəyli, Xəlilli, Küllülü və Kəlbənd kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR