AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sənur Əzizov Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.











































