Bu gün Hörmüzqan əyalətinin Taxt şəhərində Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. AZXEBER.COM xəbər verir ki, yeraltı təkanlar səhər saat 05:07-də qeydə alınıb. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub. Hadisə nəticəsində mümkün dağıntı və ya insan itkisi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.