İki helikopter toqquşub, ölən və yaralanan var

İki helikopter toqquşub, ölən və yaralanan var
DÜNYA
09:35 03.11.2026
162
Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Kathmandu Post" məlumat yayıb.

Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb.

Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb.

Toqquşma anında hər iki helikopterin göyərtəsində olan sərnişinlərin sayı hələ təsdiqlənməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR