"Neftçi" onunla yollarını ayırdı

"Neftçi" onunla yollarını ayırdı
İDMAN
22:07 14.08.2026
144
"Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb.

Klubdan AZXEBER.COM-a verilən məlumata görə, fransalı hücumameyilli yarımmüdafiəçi Tunisin "Esperans” komandasına keçib."Ağ-qaralar” qarşı tərəfin təklifini və 27 yaşlı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət dəyərləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.Qeyd edək ki, 2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan "Neftçi”yə transfer olunan İmad Fərəc bir mövsüm ərzində Bakı təmsilçisinin heyətində 34 rəsmi oyunda meydana çıxıb. Futbolçu bu görüşlərdə 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR