Suares illər sonra sirri açdı

Suares illər sonra sirri açdı
İDMAN
00:25 19.11.2026
63
"İnter Mayami"nin hücumçusu Luis Suares 2017-ci ilin yayında Lionel Messi ilə birlikdə Neymarı "Barselona"dan PSJ-yə keçmək fikrindən daşındırmağa çalışdıqlarını açıqlayıb.

Suares bu barədə "Catalunya Radio"ya müsahibəsində danışıb.

"2017-ci ilin yayında Neymarı "Barselona"da qalmağa razı salmaq mümkün deyildi. Halbuki Messi ilə birlikdə onun PSJ-yə keçməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik", - deyə o bildirib.

Uruqvaylı hücumçu "Barselona"da Messi və Neymarla birlikdə çıxış etdiyi dövrü də xatırlayıb:

"Aramızda heç bir eqoizm yox idi. Bir-birimizin qollarına sevinir, bir-birimizə kömək edirdik. Qolu kimin vurmasının fərqi yox idi. Mövsümün sonunda "Qızıl buts" uğrunda mübarizə apardığım vaxt onlar penaltiləri mənə həvalə etməyi təklif edirdilər. Əsl komanda işi məhz budur".

Qeyd edək ki, Neymar 2017-ci ilin avqustunda rekord məbləğə - 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunub. Bu keçid futbol tarixinin ən bahalı transferi olaraq qalır.

///oxu.az
OXŞAR XƏBƏRLƏR