Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
SOSİAL
23:02 18.11.2026
33
Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, 2010-cu il təvəllüdlü N.Dövlətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR