Partlayış səsləri ABŞ-ın hücumlarından qalan partlamamış sursatların məhv edilməsi ilə əlaqədardır.
AZXEBER.COM apa-ya istinadla xəbər verir ki, İranın cənubundakı Hormozgan vilayətinin mərkəzi Bəndər Abbas şəhərində partlayış səslərinin eşidilməsindən sonra vilayət valisinin müavini Əhməd Nəfisi açıqlama verib.
O bildirib ki, şəhərdə eşidilən partlayış səsləri ABŞ-ın hücumlarından qalan partlamamış sursatların zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatı ilə bağlıdır.
Nəfisi əlavə edib ki, əməliyyat məsul qurumların nəzarəti altında həyata keçirilir və vətəndaşların narahatlığına əsas yoxdur.
Hormozgan valisinin müavini sakinləri sakitliyi qorumağa və xəbərləri yalnız rəsmi mənbələrdən izləməyə çağırıb.











































