Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, 2010-cu il təvəllüdlü N.Dövlətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.











































