Hondurasda silahlı hücum olub: ölənlər var

Hondurasda silahlı hücum olub: ölənlər var
DÜNYA
23:12 18.11.2026
61
Hondurasın Yorito bölgəsində dörd ayrı hücum nəticəsində azı 12 nəfər həlak olub.

AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü milli polisin nümayəndəsi Edqardo Baraona məlumat verib.

"Polisin əsas versiyası ondan ibarətdir ki, baş verənlərin arxasında cinayətkar təşkilatlar dayanır. Biz əvvəldən bunun mütəşəkkil cinayətkar qruplaşmaların əməli olduğunu ehtimal edirdik", - o bildirib.

Dəqiqləşdirilib ki, üç hücum Valyesilyo kəndində futbol meydançasında və yaşayış evlərində baş verib. Bu insidentlərin hər birinin nəticəsində üç nəfər həlak olub. Daha üç nəfər Pakayales kəndindəki digər bir hücum zamanı öldürülüb.
OXŞAR XƏBƏRLƏR