Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib

Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib
İDMAN
21:02 17.11.2026
33
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.

AZXEBER.COM-un məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycanın qollarını 16-cı dəqiqədə Ümid Səlimov və 67-ci dəqiqədə penalti zərbəsindən Mustafa Kamara vurub.

Xatırladaq ki, U-19 əvvəlki matçlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR