Argentina futbolunda faciəvi hadisə baş verib.
"Ezeiza” futbol klubunun 18 yaşlı oyunçusu Abel Nunes oyun zamanı başından aldığı ağır zərbə nəticəsində həyatını itirib.
Hadisə Argentina Futbol Assosiasiyasının təşkil etdiyi gənclər arasında C turnirinin beşinci kateqoriya üzrə qarşılaşmasında baş verib. 10 nömrəli forma ilə çıxış edən gənc futbolçu topu uzaqlaşdırmağa çalışarkən başından güclü zərbə alıb. Nəticədə huşunu itirərək yıxılıb. Futbolçuya dərhal ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Hadisədən sonra qarşılaşma, eləcə də keçirilməsi planlaşdırılan növbəti oyun dayandırılıb.
Həkimlərin səylərinə baxmayaraq, ağır kəllə-beyin travması alan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Gənc futbolçunun ölümü Argentina futbol ictimaiyyətində böyük kədərə səbəb olub. Onun 2024-cü ildə çıxış etdiyi "Nueva Estrella” futzal klubu da oyunlarını dayandıraraq matəm elan edib.
///lent.az











































