Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər

Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər
DÜNYA
01:06 17.11.2026
69
Ermənistan Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda - 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır.

"Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar", - deyə komitənin məlumatında bildirilib.

Cinayət işi ilə bağlı digər təfərrüat hələlik açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR