Emin Mahmudov millidə son oyununu keçirib, Azərbaycan Andorranı məğlub edib

Emin Mahmudov millidə son oyununu keçirib, Azərbaycan Andorranı məğlub edib
İDMAN
23:58 16.11.2026
51
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsinə qalib gəlib.

AZXEBER.COM-un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfər matçında rəqibini 3:1 hesabı ilə üstələyib.

Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernanded (55) fərqlənib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu - 66-cı oyun olub.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib - 1:0.
OXŞAR XƏBƏRLƏR