Bakıda qadın qətlə yetirilib.
AZXEBER.COM xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.











































