AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu

AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu
DÜNYA
00:19 19.11.2026
73
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı investisiya fondu ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun fond bazarında aparılan əməliyyatlarla bağlı başlatdığı istintaq davam edir.

Mustafa Yazıcı da həmin istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gəlib.

Qeyd edək ki, daha əvvəl Mustafa Yazıcının sahibi olduğu "Adil Varlık Yönetim" şirkətinə qəyyum təyin edilib.
OXŞAR XƏBƏRLƏR