İndoneziyada avqustun 15-də baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayının 103 nəfərə çatdığı bildirilib.
AZXEBER.COM-un "Antara” agentliyinə istinadən verdiyi məlumatına görə, İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) ölkənin Flores bölgəsində baş verən zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
BNPB-nin Fəlakət Məlumatları Mərkəzinin sədr müavini Berton Panjaitan bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 103 nəfərə yüksəlib, yaralananların sayı isə 1666 nəfərdir.
Gülay











































