Nepalda daşqın qurbanları şəxsiyyəti bilinmədən dəfn ediləcək

Nepalda daşqın qurbanları şəxsiyyəti bilinmədən dəfn ediləcək
DÜNYA
14:10 29.08.2026
254
Nepalın Çitvan rayonunda hakimiyyət orqanları daşqın nəticəsində həyatını itirən və şəxsiyyəti müəyyən edilməyən şəxslərin sanitar risklərin qarşısını almaq məqsədilə dəfn olunmasına qərar verib. 

AZXEBER.COM Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə "The Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları şəxsiyyəti müəyyən edilməyən daşqın qurbanlarının meyitlərinin uzun müddət saxlanmasının sanitariya baxımından əlavə risklər yarada biləcəyini nəzərə alaraq onların dəfn edilməsinə qərar verib.

Hazırda həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilir.

Hadisə ilə bağlı əlavə təfərrüatlar və dəfn ediləcək şəxslərin dəqiq sayı açıqlanmayıb. 
OXŞAR XƏBƏRLƏR