21 yaşdan aşağı olanlara siqaret satılmayacaq - QƏRAR

DÜNYA
14:44 21.11.2013
1209

“Nyu York” meri Blumberq inqilabi qərar imzalayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, merin qərarına görə, ən ucuz siqaret paketinin qiyməti 10,50 dollara qaldırılıb.Siqaret satılması üçün yaş həddinin 21-ə qaldırılması ABŞ-da ilk dəfədir həyata keçirilir.Nyu York icra hakimliyinin tibbi işçiləri siqaretin satış yaşının 18-dən 21-ə qaldırılması ilə gənclər arasında siqaret çəkmə vərdişinin azaldılacağına ümid edir. Şəhərin tibbi komissarı Tomas Farli bu qərarın, xüsusilə 16 yaş qrupundakı gəncləri siqaretdən qoruyacağını iddia edib.“Hal-hazırda satış yaşı 18 olduğu üçün məktəblərdə 18 yaşlı uşaq 16 yaşındakı uşaq üçün siqaret ala bilir. 3 ay sonra qərar qüvvəyə minəcək qanunla 16 yaşlı uşaq siqaret satın almaq üçün 21 yaşlı adam tapmaq məcburiyyətində qalacaq. Xüsusilə, məktəblərdə bu mümkün olmayacaq”, - deyə, Farli bildirib.

OXŞAR XƏBƏRLƏR