Moskvada 21 yaşlı qız işlədiyi bankı qarət edib.
Qıza bu işdə 23 yaşlı sevgilisi yardım edib. Onlar bankdan nə az, nə çox, 20 milyon rubl (322, 802 AZN) oğurlayıblar.
Hadisə anbaan müşahidə kameralarına düşüb. Sevgililər müşahidə sistemini söndürməyə çalışsalar da, alınmayıb.
Polislərin dediyinə görə, bank işçisi əməliyyatçı-kassirdən anbarın açarını oğurlayaraq onun üzünü çıxarıb. Həmin açarla da pulların saxlandığı kameraya daxil olublar.
Ehtimala görə, sevgililər bankı yardıqdan sonra əldə edilmiş pullarla Abxaziyaya qaçmaq istəyiblər.
Publika.az

