Ölkəmizdə mərc oyunları bir ayadək reallaşacaq

MARAQLI
21:00 14.12.2010
1939

 

Azərbaycanda idman mərc oyunları bir ayadək reallaşacaq. Hazırda sənədlər üzərində iş davam etdirilir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, mərc oyunları indiyədək ölkədə qadağan idi. 

“İdman haqqında qanuna dəyişiklik edilib, Nazirlər Kabineti sərəncam imzalayıb. Yeni sistem qurmaq bir günlük proses deyil. Öncə vergi məsələləri, o cümlədən udan insanların vergidən azad olunması məsələləri həll edilməlidir”, - deyə nazir qeyd edib. //Ans Press

OXŞAR XƏBƏRLƏR