Zimbabvedə ənənəvi "Ölkənin ən kifir sakini" müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə görə, Zimbabvenin ən kifir sakini Bulavayo şəhərində yaşayan 30 yaşlı Ostin Mbeve seçilib. Qalib 1200 Cənubi Afrika randı (120 dollar) mükafat və sifətini gizləmək üçün şal alıb. İkinci və üçüncü yerləri tutmuş kifir zimbabvelilərə müvafiq olaraq 600 və 500 rand verilib.
"Qələbəmə çox sevinirəm. Həyatım boyu zahiri görkəmimə görə məni ələ salırdılar. İndisə görkəmim mənə uğur gətirdi", - Mbeve deyib.
Müsabiqədə Zimbabvenin hər yerindən 15 ən kifir sakin iştirak edib.
Münsiflər heyəti qadınlardan ibarət idi.
//milli.az